Polad Bülbüloğlu Moskvada “Azərbaycanın payız sovqatları”ndan danışır


Digərləri 21 Okt 2018 10:57:00 311 0

Polad Bülbüloğlu Moskvada “Azərbaycanın payız sovqatları”ndan danışır

"Moskvalılara böyük sevgi və ehtiram ruhunda təşkil olunan bu sərgi Moskva ilə Azərbaycan arasında iqtisadi münasibətlərin gələcək inkişafına güclü təkan verəcək". 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada "Azərbaycanın payız sovqatları" şəhərciyinin açılışında jurnalistlərə deyib. 

Polad Bülbüloğlu Azərbaycan Moskva sakinlərinin tələbatının ödənilməsi üçün kifayət qədər ərzaq məhsulları istehsal edir: "Bu sərgi Azərbaycan təşkilatlarının Rusiya paytaxtı ilə sıx əməkdaşlığı üçün əlavə stimul olacaq. Onu da qeyd edim ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan pavilyonunun bərpası Moskva meri Sergey Sobyaninin şəxsən irəli sürdüyü və hörmətli Prezidentimiz İlham Əliyevə təqdim etdiyi yaxşı təşəbbüs idi. Hazırda bu işlər demək olar ki yekunlaşıb və binanın daxili tərtibatı aparılır. Biz meriya ilə pavilyonun açılışını gələn il, bahar ərəfəsində keçirməyi nəzərdə tuturuq. XTNS-ə gələnlərin sayı çoxdur və burada Azərbaycan pavilyonunun yenidən fəaliyyətə başlaması bizi çox sevindirəcək. Binanın istifadəyə verildiyi ötən əsrin 50-ci illərindəki görkəmi, o cümlədən bütün memarlıq üslubu və mozaikası qorunub saxlanılıb".