NYT: Səudiyyənin vəliəhd şahzadəsi “trollar ordusu” toplayıb


Dünya 21 Okt 2018 10:45:00 284 0

NYT: Səudiyyənin vəliəhd şahzadəsi “trollar ordusu” toplayıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və onun yaxın məsləhətçilərinin Ər-Riyadda yaratdıqları gizli təşkilata yüzlərlə "troll" işləyir.

Son.az oxu.az-a istinadla xəbər verir ki, əməkdaşlar hakim dairələrin tələbi ilə sosial şəbəkələrdə məlumat yayırlar. Qeyd olunur ki, onlar əsasən "Twitter"də fəaliyyət göstərir, həmçinin "WhatsApp" və "Telegram" çatlarında məlumat yerləşdirirlər.

Qəzetin yazdığına görə, sözügedən təşkilatın əməkdaşları ayda 3 min dollara qədər məvacib ala bilərlər.