Elvis Preslinin nadir "Cadillac" avtomobili hərracda gözlənilmədən


Digərləri 21 Okt 2018 10:33:00 278 0

Elvis Preslinin nadir "Cadillac" avtomobili hərracda gözlənilmədən

Rok-n-roll kralı Elvis Preslinin nadir "Cadillac de Ville Estate Wagon" avtomobili Avstriyanın Zalsburq şəhərində, "Dorotheum" hərracında planlaşdırıldığından daha ucuz qiymətə satılıb.

Son.az bildirir ki, bu barədə "Report" "Local" portalına istinadən xəbər verir.

Məlumata görə, təşkilatçılar 1972-ci ildə istehsal olunmuş retro nəqliyyat vasitəsini azı 100-200 min avroya satmağı planlaşdırıblar. Lakin avtomobil 69 min avroya satılıb.

Bildirilir ki, hərracdakı digər avtomobillər kifayət qədər baha satılıb. Məsələn, 1971-ci ilə məxsus "Mercedes-Benz 280 SE 3.5 Coupe" 89,7 min avroya, 1965-ci ilin istehsalı olan "Lancia Flaminia Super Sport 3C 2.8 Zagato" isə 339 min avroya satılıb. 


Xəbərə aid foto