ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxdı


Dünya 21 Okt 2018 09:27:00 259 0

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxdı

ABŞ-da "Virginia" tipli, "Vermont" və "Delaware" torpedo silahları ilə təchiz edilmiş iki yeni atom sualtı qayığı suya endirilib.

Son.az. Report-a istinadən bildirir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti xəbər verib.

Xəbərdə bildirilir ki, hər bir sualtı qayığın inşası 2,7 milyard dollara başa gəlib.

"Vermont"un Hərbi Dəniz Qüvvələrinə verilməsi mərasimi Konnektikut ştatında, Qroton şəhərində, hərbi-dəniz bazasında keçirilib. "Delaware" Virciniyadakı Nyuport-Nyus bazasında suya buraxılıb.