"Xaşkacinin qətli ilə bağlılığı olanların cavab vermələri üçün..."


Dünya 21 Okt 2018 08:51:00 280 0

"Xaşkacinin qətli ilə bağlılığı olanların cavab vermələri üçün..."

Paris jurnalist Camal Xaşkacinin öldürülməsinin ətraflı araşdırılmasını tələb edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Fransa xarici işlə naziri Jan-İv Le Drianın nazirliyin Twitter hesablında yerləşdirilən bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Camal Xaşkacinin öldürülməsinin təsdiq edilməsi həqiqətin müəyyən edilməsi istiqamətində ilk addımdır. Bir çox sual cavabsız qalır. C.Xaşkacinin qətli ilə bağlılığı olanların cavab vermələri üçün suallar qəti və ətraflı araşdırma tələb edir".