Kamerunda silahlılar 5 məktəblini qaçırıb


Dünya 21 Okt 2018 08:42:00 246 0

Kamerunda silahlılar 5 məktəblini qaçırıb

Kamerunun Bamenda şəhərində silahlı qruplaşma 5 məktəbli uşağı qaçırıb.

Son.az Trend-ə istinadən bildirir ki, silahlı qruplaşma "Atiela" məktəbinə hücum edib və 6 məktəblini qaçırıb. Qaçırılanlardan biri silahlıların əlindən qaça bilib. Ona tibbi yardım göstərilib.

Təhlükəsizlik xidmətlərinin əməkdaşları silahlıların avtomobilini atəşə tutsalarda, onları saxlamaq mümkünolmayıb. Qaçırılan 5 məktbəli haqqında məlumat yoxdur.