Qanunsuz saxlanılan silahsursat aşkar edilərək götürülüb


Kriminal 21 Okt 2018 08:38:00 256 0

Qanunsuz saxlanılan silahsursat aşkar edilərək götürülüb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN-dən Son.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Elnur Mirzəyevin "Daewoo" markalı avtomobilindən qundağı və lüləsi kəsilmiş "İJ-16" markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini İntiqam Əzizovdan "BUM" markalı ov tüfəngi götürülüb.