Azərbaycan bu Xəzər qonşusu üçün potensial ixracat bazarıdır (ÖZƏL)


Digərləri 21 Okt 2018 08:00:00 248 0

Azərbaycan bu Xəzər qonşusu üçün potensial ixracat bazarıdır (ÖZƏL)

Azərbaycan bazarı Qazaxıstanın emal olunmuş məhsulların ixracatı üçün böyük potensiala malikdir.

Bakı. Ləman Zeynalova - Azərbaycan bazarı Qazaxıstanın emal olunmuş məhsulların ixracatı üçün böyük potensiala malikdir. Bu barədə özəl olaraq Trend-ə Qazaxıstanın İnvenstisiyalar və İnkişaf üzrə Nazirliyindən bildiriblər. Nazirlikdən qeyd edilib: "Azərbaycanda dünya idxalatının analizləri göstərdi ki, yerli bazar Qazaxıstanın emal olunmuş məhsulların ixracatı üçün böyük potensiala malikdir". Nazirlikdən bildiriblər ki, bu istiqamətdə ən perspektivli 37 məhsul növləri aşağıdakı sahələr üzrə seçilib: 1) Metallurgiya (qara metaborlar, metal konstruksiyalar, məftillər, fitinqlər və sairə); 2) Kimya sənayəsi (dərman preparatları, yuyucu və təmizləyici vasitələr, poliplopiren); 3) Maşınlar və avadanlıqlar (armatur, elektrik aparatları üçün paylayıcı lövhələr və bünövrələr, transformatorlar, qızdırıcı qazanlar, optik kabellər və sairə);