400 il bundan əvvəl batmış gəmi aşkar edilib


Digərləri 21 Okt 2018 04:30:00 281 0

400 il bundan əvvəl batmış gəmi aşkar edilib

Arxeoloqlar Portuqaliya sahillərinin yaxınlığında 400 il bundan əvvəl batmış ticarət gəmisi aşkar ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tarixçilər bu tapıntını "onilliyin kəşfi, Portuqaliya üçün isə tarixdə ən mühüm kəşf" adlandırıblar.

Gəmini Lissabonun yaxınlığındakı Kaşkayş şəhərinin həndəvərində 12 metr dərinlikdə aşkar ediblər.