Qılıncoynadanımız beynəlxalq turnirdə bürünc medal qazanıb (FOTO)


Digərləri 21 Okt 2018 04:28:00 204 0

Qılıncoynadanımız beynəlxalq turnirdə bürünc medal qazanıb (FOTO)

Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə "B" kateqoriyalı "Satellite" turnirinə yekun vurulub

Bakı. Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə "B" kateqoriyalı "Satellite" turnirinə yekun vurulub. Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Səbinə Kərimova turnirin bürünc medalını qazanıb. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qələbə qazanan Səbinə uğurlu çıxışın davamını pley-offda da gətirib. 1/8 finalda digər təmsilçimiz Aysel Əhədovaya qalib gələn Kərimova 1/4 finalda Türkiyə idmançısı Aylin Çakırı 15:10 hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən sablyaçımız finalın bir addımlığında polşalı Marta Pudaya uduzub.