Avropanın ən böyük günəş elektrik stansiyası işə salınıb


Dünya 21 Okt 2018 02:30:00 332 0

Avropanın ən böyük günəş elektrik stansiyası işə salınıb

Portuqaliyanın kiçik şəhəri olan Orikada Avropanın ən böyük günəş elektrik stansiyası işə salınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, stansiya 25 min ailəni elektrik enerjisi ilə təmin edə biləcək. Adi istilik elektrik stansiyaları ilə müqayisədə günəş elektrik stansiyası atmosferə ildə 50 min ton daha az karbon qazı buraxır.

Yeni elektrik stansiyasının işə salınması ilə Portuqaliya demək olar ki, 2020-ci ilədək bərpaolunan enerji mənbələri üzrə öz məqsədlərinə çatıb. Portuqaliyada bərpaolunan enerjinin payı 29 faiz təşkil edir, 2020-ci ilədək bu, 31 faizə çatmalıdır.