Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb


Digərləri 21 Okt 2018 01:27:00 189 0

Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Bakı. Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. DİN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Elnur Mirzəyevin “Daewoo” markalı avtomobilindən qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini İntiqam Əzizovdan “BUM” markalı ov tüfəngi götürülüb.