Alimlər: 6 yaşa kimi uşaqların burnuna damcı tökməyin


Digərləri 20 Okt 2018 23:35:00 269 0

Alimlər: 6 yaşa kimi uşaqların burnuna damcı tökməyin

Damardaraldıcı damcılar anaların körpələrin və uşaqların burnuna tökdükləri məşhur vasitədir. Uşaq asqıran, öskürən, soyuqlayan kimi dərhal buruna müxtəlif damcılar alınır.

Nazal damcılar və spreylərin burun daxili şişkinlik, tutulma, tənəffüs çətinləşməsində uşağın vəziyyətini yaxşılaşdıracağına aid sübutlar yoxdur.

Ona görə mütəxxəssislər analara yeni vacib məsləhət verir: 6 yaşa kimi uşaqlara nazal damcılar verməyin, 7-12 yaşlarda isə ehtiyatla tətbiq edin.

Son.az medicina.az-a istinadən bildirir ki, professor Mike Van Driel qripin müalicəsində nazal vasitələrin nə dərəcə rol oynaması barədə kliniki məlumatları araşdırıb. Böyük yaşlı insanlarda nəticələr göstərib ki, nazal vasitələrlə burundaxili simptomların aradan qaldırılması 3-7 gün ərzində özünü göstərib. Bu zaman digər preparatlar da qəbul olunub. Eyni zamanda xəstələrdə yan əks təsirlər də az olmayıb: yuxusuzluq, baş ağrısı, mədə, həzm pozuntuları. 7 gündən artıq nazak spreyləri istifadə edənlərdə isə xroniki burun tıxanıqlığı yaranıb.