Haşoqqinin qətlinə Səudiyyə məhkəməsində baxılacaq


Dünya 20 Okt 2018 23:36:00 239 0

Haşoqqinin qətlinə Səudiyyə məhkəməsində baxılacaq

Səudiyyəli jurnalist Camal Haşoqqinin öldürülməsi ilə bağlı işə Səudiyyə Ərəbistanının məhkəməsində baxılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə krallığın ədliyyə naziri şeyx Valid bin Məhəmməd əs-Samaani bildirib.

Nazirin sözlərinə görə, C.Haşoqqi insidenti "krallığın suveren ərazisində" baş verib və jurnalistin öldürülməsi ilə bağlı işə "bütün zəruri prosedurların başa çatmasından sonra" səudiyyə məhkəməsində baxılacaq.