Lökbatanda yolu keçən piyadanı naməlum avtomobil vurub


Digərləri 20 Okt 2018 23:38:22 218 0

Lökbatanda yolu keçən piyadanı naməlum avtomobil vurub

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 19-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Süleyman Nəbiyev vurulub və nəticədə o, hadisə yerində ölüb.