Bərzəx aləminin əzabı Qiyamətə qədər davam edəcəkmi?


Digərləri 20 Okt 2018 23:15:00 315 0

Bərzəx aləminin əzabı Qiyamətə qədər davam edəcəkmi?

Bərzəx aləmi mənəvi aləm olduğu üçün, qeyri-maddidir və orada hərəkət yoxdur. Çünki bərzəx aləmində zaman anlayışı yoxdur. Zaman maddi dünyaya aid olduğu üçün, burada hərəkət vardır.

Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq bərzəx aləmi qeyri-maddi olduğu üçün, orada zaman yoxdur. Bərzəx aləmində olan əzab, həmin şəxsin bərzəx təkamülü üçündür. Bərzəx aləmində insanın dünya ilə əlaqəsi kəsilməz. Belə ki, dünya əhlinin bəzi əməlləri onun əzabını yüngülləşdirə və aradan apara bilər.

Misal üçün, Həzrət Peyğəmbər (s) nəql edir ki, Həzrət İsa (ə) bir qəbrin kənarından keçir ki, əzab çəkir. Ancaq bir il keçəndən sonra yenə həmin qəbrin kənarından keçən zaman görür ki, qəbir sahibi əzab çəkmir. Allah Təaladan istəyir ki, bunun səbəbini ona agah etsin.

Vəhy gəlir ki, onun saleh övladı vardır ki, bu müddət ərzində həddi-büluğa çatmış və iki saleh əməl yerinə yetirmişdir. Biri budur ki, bir yolu insanlar üçün səliqəyə salmışdır. O biri əməli isə odur ki, bir yetimə məskən vermişdir. "Mən də bu saleh övladın əməllərinə görə atasının əzabını aradan qaldırmışam".