Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb,


Dünya 20 Okt 2018 22:51:00 289 0

Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb,

Kolumbiyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirən hərbi "Black Hawk" vertolyotu qəzaya uğrayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ölkə ordusu məlumat yayıb.

Məlumata görə, qəza Kauka departamentində baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub. Onlardan ikisi zabitdir.