Duanı yazılmış kağızı cibdə və ya pulqabında gəzdirmək olarmı?


Digərləri 20 Okt 2018 22:55:00 350 0

Duanı yazılmış kağızı cibdə və ya pulqabında gəzdirmək olarmı?

"Ayətul-Kursi"ni, hər hansı surəni, ayəni və ya duanı öyrənərək demək lazımdır. Uca Allah buyurur: ​"Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" (Ğafir, 60). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabələrinə (Allah onlardan razı olsun) Quran ayələrini, zikr və duaları öyrətmiş, lakin onları yazıb üzərində gəzdirməyi buyurmamışdır.

Son.az zikr.az-a istinadən bildirir ki, baş ağrı dərmanını atmayıb cibdə saxlamağın baş ağrısına qarşı faydasız olması kimi, belə şeylərin də pul qabında və ya cibdə saxlanmasının heç bir faydası yoxdur. Əksinə, siz belə etməklə dində əsası olmayan bir şeyi etmiş olursunuz. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dediyi və etdiyi şeylər dindən sayılır, demədiyi və etmədiyi şeylər isə dindən sayılmır. Son.az