Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb (FOTO)


Digərləri 20 Okt 2018 22:54:42 233 0

Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb (FOTO)

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli opera müğənnisi, Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilib.

Bakı. Oktyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli opera müğənnisi, Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb. Əməkdar İncəsənət xadimi Zemfira Qafarova çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. Sənətkarın adı opera səhnəmizdə aparıcı partiyaların mahir ifaçısı kimi həmişəlik həkk olunub.