Möminlərin ən üstünü kimdir?


Digərləri 20 Okt 2018 22:50:00 289 0

Möminlərin ən üstünü kimdir?

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurub: "Əbu Bəkr və Ömər əvvəlki və sonrakı nəsillərdən Cənnətdə sakin olacaq yaşlı­lar arasında ən hörmətli kim­sə­lər olacaqlar. Yalnız peyğəmbərlər və elçilər müstəs­nadır". (ət-Tabərani: "Mu'cəmul-Kəbir", 257). Möminlərin ən fəzilətlisi Əbu Bəkr əs-Siddiq, sonra Ömər ibn əl-Xəttab, sonra Osman ibn Əffan, sonra Əli ibn Əbu Talibdir (Allah onların hamısından razı olsun). Amma ümumiyyətlə hansı möminin üstün olmağı haqda Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "İslamda sizin ən xeyirliniz (şəriəti) ba­şa düşüb əxlaqı ən gözəl olanınızdır". (İmam Əhməd, 2/467). Bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Sizə ən xeyirliniz barədə xəbər verimmi?" (Səhabələr) (Allah onlardan razı olsun): "Bəli!" - deyə cavab verdilər. O dedi: "O kəslər ki, onları görəndə Allah yada düşər! Sizə ən pisiniz barədə xəbər verimmi?" Onlar: "Bəli!" - deyə cavab verdilər. O dedi: "Söz gəzdirənlər, dostların arasını vuranlar, günahsız insanları çətin­liyə salanlar". (əl-Buxari: "Ədəbul-Mufrad", 323). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "...Həqiqətən, insan­ların ən xeyirlisi borcunu ən yaxşı tərzdə qaytarandır". (Muslim, 4192). Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Yer əhlindən Uca Allaha məxsus olan qablar vardır. Rəbbinizin qabları Onun əməlisaleh qullarının qəlbləridir. Onlardan Allaha ən sevimli olanı isə ən yumşaq və zərif olanıdır". ("Sahih əl-Cəmi", 2163). Son.az