Təqva dinin qayəsidir


Digərləri 20 Okt 2018 22:40:00 340 0

Təqva dinin qayəsidir

Təqva sözü qorunma, çəkinmə deməkdir. Təqva insanın özü ilə qorxub çəkindiyi şey arasında onu qoruyacaq bir maneə qoymasıdır. Təqva savabını Allahdan umaraq Onun əmrlərini yerinə yetirmək və Allahın əzabından qorxaraq Onun qadağan etdiyi şeylərdən çəkinməkdir.

Böyük nəsihət Təqva dinin qayəsi, hər bir xeyirin əsasıdır. Bu, Uca Allahın həm əvvəlkilərə, həm də sonrakılara etdiyi böyük bir nəsihətdir. O buyurur: "Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər Allahı inkar etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir" (ən-Nisa, 131). Peyğəmbərimiz - ona və ailəsinə Allahın salavatı və salamı olsun - xutbə verərkən insanlara təqvanı xatırladaraq bu ayələri oxuyardı: "Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!" (Ali İmran, 102). "Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, onun özün­dən zövcə­sini yara­dan və onlardan da bir çox ki­şi və qa­dın törədib yer üzünə yayan Rəb­­biniz­dən qor­xun! Adı ilə bir-birinizdən cür­bəcür şeylər istə­diyiniz Allah­dan və qohum­luq əlaqələri­ni kəsməkdən çəki­nin! Hə­qiqətən, Allah sizə nəzarət edir" (ən-Nisa, 1). "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar" (əl-Əhzab, 70-71). Həmçinin, Peyğəmbər öz səhabəsinə nəsihət edərək buyurmuşdur: "Harada olsan, Allahdan qorx. Günah etsən, ardından yaxşı əməl et ki, onu silsin və insanlarla gözəl rəftar et". (ət-Tirmizi, 1988).