2019cu ildə ev dekorasiyasında hansı trendlər olacaq? FOTO


Digərləri 20 Okt 2018 22:29:00 293 0

2019cu ildə ev dekorasiyasında hansı trendlər olacaq?  FOTO

2018-ci ilin bitməsinə və 2019-cu ilin gəlməsinə az müddət qalıb.  Son.az axşam.az-a istinadən xəbər verir ki, artıq ev dizaynlarında 2019-cu ilin dəbi özünü göstərməyə başlayıb. Memar və dizayner Figen Erdağ Demirtaş gələn il ev dekorasiyasında bizi gözləyən trendlər haqda məlumat verir: Qara rəng - Tündlər dəbdə olacaq, qara rəng isə ev dekorasiyasında əsas yer tutacaq. Qapı, çılçıraq və digər əşyaları qara rəngdə etməniz məsləhətdir. Adaçayı yaşıl rəng də bu il trend olacaq. Evdə divar kağızlarınız o rəngdə olmasa belə, dibçəklərdən istifadə edə bilərsiniz.  Mozaika bəzəkli divarlar - daha çox 80-ci illərdə dəbdə olan trend geri qayıdır. 2018-ci ildə olduğu kimi, 2019-cu ildə də evin hər küncündə bitkilərin dekorasiya kimi istifadəsi dəbdə olacaq. Bej rəngi də gələn il dəbdə olan rənglər arasında olacaq. Xüsusilə bu rənglə evdə hər şy bir-birini tamamlamalıdır. Yumşaq mebellər hər il olduğu kimi gələn il də dəbdən düşməyəcək. 

Son.az


Xəbərə aid fotolar