Londonda “Brexit”in əleyhinə 500 min nəfərlik mitinq keçirilib FOTO


Dünya 20 Okt 2018 22:13:00 263 0

Londonda “Brexit”in əleyhinə 500 min nəfərlik mitinq keçirilib  FOTO

Britaniyanın paytaxtı Londonda "People's Vote" (Xalq Səsverməsi) adlı aksiya keçirilib.

Aksiyada iştirak edən yarım milyon insan "Brexit"lə bağlı son razılıq üçün ikinci referendumun keçirilməsini tələb edib.

Son.az "Report"a istinadən bildirir ki, aksiya iştirakçıları əllərində "Biz Avropa İttifaqından çıxmaq istəmirik", "Tereza Meyə yox!", "Avropa İttifaı ilə daha güclüyük", "Gənclər "Brexit"ə qarşıdır", "Bizə son sözü demək haqqı tanıyın" - şüarları olan plakatlarla "Park Lane"dən Hökumət evinin olduğu "Westminister" ərazinə doğru yürüyüş ediblər.


Xəbərə aid fotolar