Alimlər uzunömürlülük vitaminlərini elan etdilər –


Digərləri 20 Okt 2018 22:05:00 265 0

Alimlər uzunömürlülük vitaminlərini elan etdilər –

Amerikalı alimlərin  yeni elmi təcrübəsində artıq tam əminliklə insan ömrünü uzadan vitamin və mineral kombinasiyaları dəqiqləşdirilib.

Son.az medicina.az-a istinadən bildirir ki, Oklend Uşaq institutunun baş elmi işçisi Bryus Eyms bir çox laboratoriyalarda aparılan tədqiqatların və öz araşdırmalarının nəticələrini toplayıb.

Elmi məqalədə o, vitamin və proteinləri yaşamaq üçün lazımlı və uzun ömür üçün gərəkli olmaqla 2 hissəyə bölür.

O, hesab edir ki, orqanizmə lazımi qədər vitamin, mineral daxil olmayanda orqanuzm yaşamaq üçün proteinlərin istehsalına başlayır ki, insanın gündəlik həyat-fəaliyyətində rol oynayan orqanlar çalışsın. Bu metodla yaşamaq tezliklə həmin insanı xəstəliklərlə üz-üzə qoyur.

Uzunömürlülük vitaminləri isə - K vitamini, D vitamini, Omeqa 3, maqniy, selendir. Onlar DNK-nı bərpa edə bilir və hüceyrələri turş mühitdən qoruyur. Doktor Eyms əmindir ki, 30 məşhur vitamin və mineralın kombinasiyanı müəyyən dozada müntəzəm qəbul etməklə, insan ömrünü keyfiyyətli və uzun etmək olar.