Qiyamət günü insanın məqamını müəyyən edən amillər hansılardır?


Digərləri 20 Okt 2018 21:45:00 249 0

Qiyamət günü insanın məqamını müəyyən edən amillər hansılardır?

İnsan təbii olaraq həmişə başqalarından üstün olmağa çalışan varlıqdır. Hər bir kəsin nəzərində bu üstünlük, onun əqidə və etiqadından asılıdır. Bəziləri üçün üstünlük mal və dövlətdə, bəziləri üçün isə İlahi qürb məqamına yaxın olmaqdadır. Allah Təala buyurur ki, Mənim nəzərimdə Mənə ən yaxın insan - təqvalı insandır. Yəni, ancaq təqva insanı başqalarından üstün edən ən mühüm amildir.

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də Qiyamət günü həmin şəxsin dünyada malik olduğu təqvası müəyyən olunacaq və ona əsasən hesab verəcəkdir.

Əlbəttə Allah - adil Allahdır. İnsan istər əkinçi olsun, istər müəllim və ya həkim olsun - əgər öz vəzifəsinə və dini vəzifələrinə düzgün əməl edərsə, heç bir əməli zay olmayacaqdır. Necə ki, Quran bu həqiqəti təsdiq edir: "Çünki, kim təqvalı olsa və səbir etsə (mükafatlandırılar). Həqiqətən Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz". ("Yusif" 90).

İmam Baqir (ə) buyurur: "O alim ki, öz elminə əməl edər, 70 min abiddən daha üstündür".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, elm yolunda hərəkət edər - Allah onu behişt yoluna sövq edər və aparar. Mələklər elm tələb edən həmin şəxs üçün qanadlarını açarlar. Alimlər - peyğəmbərlərin (ə) varisləridir".

İmam Cavad (ə) buyurur: "Din və fəzilət baxımından bərabər olan iki insan arasında, Allah yanında o şəxsin üstünlüyü vardır ki, elm və ədəbdə daha mahir olsun".