Anormal insanların dünyaya gəlməsinin izahı nədir?


Digərləri 20 Okt 2018 21:50:00 279 0

Anormal insanların dünyaya gəlməsinin izahı nədir?

Uca Allah dünya həyatının müvəqqəti sınaq olması haqqında buyurur: "Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur" (Ğafir, 39). "Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır". (əl-Mulk, 2). "İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik". (əl-İnsan, 2). Son.az zikr.az-a istinadən bildirir ki, Uca Allah insanları müxtəlif üsullarla sınağa çəkir, bu da sınağın bir növüdür: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"- deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157). Allaha iman gətirib sınaqlara səbr edənlərə və onun əmrlərini yerinə yetirənlərə Cənnətdə yeni bədən veriləcək. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Cənnət əhli bədənləri və üzləri tüksüz, gözləri sürməli, otuz üç yaşında Cənnətə daxil olacaqlar". (ət-Tirmizi, 2545). "(Cənnət əhli Cənnətə girdikdə) bir çarçı belə car çəkə­cəkdir: "Siz sağlam olub, heç vaxt xəstələnməyəcəksiniz. Siz yaşa­yıb, heç vaxt ölməyəcəksiniz. Siz gənc qalıb, heç vaxt qocalmaya­caqsı­nız. Siz nemət içində olub, heç vaxt kədərlənməyəcəksiniz". Bu haq­da Uca Allah belə buyurur: "Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!" (əl-Əraf, 43)". (Muslim, 7336). Son.az