Sabunçuda avtobus piyadanı vurub öldürdü


Digərləri 20 Okt 2018 21:42:30 218 0

Sabunçuda avtobus piyadanı vurub öldürdü

Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 19-da saat 11 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi “Daewoo” markalı 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.