Lexus NX idman paketi alıb FOTO


Digərləri 20 Okt 2018 21:30:00 350 0

Lexus NX idman paketi alıb  FOTO

Yaponiyanın Lexus şirkəti Britaniya bazarı üçün kompakt krossover NX-ın idman versiyasını hazırlayıb. Sport adlanan opsional paketi qabaq və ya tam ötürücülü NX 300h modifikasiyalı, habelə NX 300 və NX 200 modelləri üçün sifariş etmək olar.

Son.az auto.az-a istinadən bildirir ki, yaponiya markasının mətbuat xidmətindən bildiriblər ki, Sport paketi Lexus NX modelinin hər iki komplektasiyası - Comfort və Business üçün əlyetərlidir. İdman krossu adi modeldən eksteryerin qara işləməsi və 18-düymlük unikal təkər diskləri ilə fərqlənir.

Bundan əlavə, avtomobil Lexus NX Sport orijinal interyer həlləri alıb. Bütün modellərin interyeri gümüşü elementlər alıb.


Xəbərə aid fotolar