“Mən Məkkənin, Minanın, Zəmzəmin oğluyam!”


Digərləri 20 Okt 2018 21:10:00 215 0

“Mən Məkkənin, Minanın, Zəmzəmin oğluyam!”

İmam Səccad, Allah rəsulunun (ə) nəvəsi, İmam Hüseynin (ə) oğludur. Kərbəla faciəsində, demək olar ki, İmam Əlinin (ə) bütün oğul övladlarını qətl etdilər. Ömər Səd və İbn Ziyad bu qətliyamı, bu cinayəti "Xarici" adı ilə törətmişdi. Onlar Əhli-Beyti (ə) oradakı insanlara işğalçı xaricilər kimi təqdim edirdilər. İmam (ə) önə çıxıb özünü təqdim edəndə səs-küy salırdılar ki, qoşun İmamın (ə) sözünü eşitməsin.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, İmam Hüseynin (ə) şəhadətindən sonra, o Həzrətin (ə) ailəsini, o cümlədən İmam Səccadı (ə) əsir edib Kufəyə, oradan da Şama apardılar. İmam bu sözləri Şamda demişdi. Məlun Yezidin nümayəndəsi minbərə çıxıaraq Müaviyyə və Yezidi tərifləyir, Əli (ə) övladlarını isə pisləyib, onların dövrün xəlifəsinə qarşı gəldikləri üçün Allahın onları cəzalandırdığını, onların (ə) dindən xarıc olduqlarını, Yezidin isə şərafət və izzət sahibi olduğunu bəyan edir. İmam Səccad (ə) isə yalançı və layaqətsiz xətibin yala sözlərinə qarşılıq olaraq sözə belə başlayır:

"Ey insanlar, mən Məkkənin, Minanın oğluyam! Mən Səfa və Zəmzəmin oğluyam! Mən Məscidul-Hərmdən Məscidul-Əqsaya merac edənin oğluyam! Mən Muhəmmədil-Mustafanın (s), Əliyyil-Murtəzanın oğluyam!..."

"Alkawthar" agentliyi, İmam Səccadın (ə) "Mən Məkkənin, Minanın, Zəmzəmin oğluyam!" kimi sözlərlə nəyi qəsd etməsi barədə Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlayıb.

Cavab: