Azərbaycandan Türkiyənin təhlükəsizliyinə töhfə +


Siyasət 20 Okt 2018 21:00:00 251 0

Azərbaycandan Türkiyənin təhlükəsizliyinə töhfə +

Azərbaycan və Türkiyə prezidentləri "Star" neft emalı zavodunun açılış mərasimində iştirak ediblər - YENİLƏNİB - FOTO "Türkiyədə "Star" zavodunun açılışını həm iqtisadi, həm də stateji baxımdan dəyərləndirmək, eyni zamanda Azərbaycanın Türkiyə ilə münasibətlərində strateji mərhələnin başlanması kimi qiymətləndirilmək lazımdır. Çünki söhbət kifayət qədər böyük həcmli sərmayə qoyuluşundan gedir. Bununla Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən birinə çevrilir. Konkret olaraq Azərbaycan son illər Türkiyə iqtisadiyyatına ən çox sərmayə yatıran 5 ölkədən biridir. Bu isə iki ölkə arasında münasibətlərin daha da yaxşılaşmasına və strateji inkişafına xidmət edir".

Bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib Son.az-a açıqlamasında oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı "Star" neft emalı zavodunun iqtisadi-siyasi əhəmiyyətini şərh edərkən bildirib.

Prezident İlham Əliyev: ""Star" neft emalı zavodu kimi nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var" Digər tərəfdən, ekspertin fikrincə, "Star" son zamanlar Türkiyədə baş verən proseslər, eləcə də rəsmi Ankaranın Qərb ölkələri, o cümlədən ABŞ ilə münasibətlərinin pisləşməsi fonunda milli valyutanın dəyərsizləşməsi bütövlükdə Türkiyədə iqtisadi təhlükəsizlik məsələsini gündəmə gətirib: "Enerji resurslarına olan tələbin ödənilməsinində iqtisadi təhlükəsizliyin təmin edilməsi çox vacibdir. Bu zavod isə Türkiyədə iqtisadi təhlükəsizliyin formalaşmasına töhfə verə biləcək gücdədir və ora qoyulan sərmayə qonşu ölkə üçün strateji əhəmiyyət daşımaqla yanaşı, onun iqtisadi təhlükəsizliyə dəstək kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, sistem ondan ibarətdir ki, ölkələr nə qədər çox sərmayə qoyuluşları həyata keçirirsə, strateji baxımndan bir o qədər çox müttəfiqə çevrilirlər. Reallıq bundan ibarətdir ki, dünyada siyasi əməkdaşlığın konturlarını məhz iqtisadi əməkdaşlıq müəyyənləşdirir. Siyasi münasibətləri olan, lakin iqtisadi əlaqələri inkişaf etməyən ölkələr yoxdur. O ölkələrin siyasi münasibətləri yaxşıdır ki, onların arasında iqtisadi əlaqələr də inkişaf edir. Bu baxımdan Azərbaycanın Türkiyəyə qoyduğu sərmayələr iki ölkə arasında strateji və uzunmüddətli dövr üçün siyasi münasibətlərin də genişləndirilməsinə xidmət edir".

Rəcəb Tayyib Ərdoğan: ""Star" neft emalı zavodunun açılışı ilə Azərbaycan və Türkiyə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdirir" V.Bayramovun sözlərinə görə, "Star" savodunun açılışı iqtisadi baxımdan Azərbaycan üçün də çox önəmlidir: "Bu, ilk növbədə, SOCAR-ın xarici sərmayə qoyuluşlarının şaxələndirilməsi baxımından çox vacibdir. İkincisi, illik gəlir üzrə göstəricilərə əsasən demək olar ki, SOCAR-ın növbəti illərdə çəkilmiş xərci çıxarmaq və mənfəət əldə etmək imkanı var. İstehsal olunaraq həm yerli, həm də xarici bazara çıxarılan məhsulların strateji əhəmiyyətli olması zavodun rentabelliyinin qorunub saxlanmasına imkan verəcək. Bu, zavodun qısa zamanda mənfəət əldə etməsinin təmin edilməsi baxımından kifayət qədər ciddi amildir. SOCAR bu zavoddan əldə etdiyi gəliri digər istiqamətlərə yönəltmək imkanı qazanacaq. Hətta Türkiyənin özündə, eyni zamanda "Star" zavoduna yeni sərmayə qoyuluşlarının davam etdiriləcəyi gözlənilir. Nəticədə Azərbaycan, eləcə də Dövlət Neft Şirkəti növbəti illərdə də Türkiyə iqtisadiyyatında müvafiq olaraq ən çox sərmayə yatıran ölkələrdən və şirkətlərdən biri statusunu qoruyub saxlaya biləcək".

“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir vilayətindəki Əliağa bölgəsində inşa etdiyi "Star" neftayırma zavodu (NEZ) ildə 10 milyon ton xam neft emal edilərək ondan 1,6 milyon ton neft, 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton aviasiya yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton riformat və 160 min ton kükürd istehsal olunacaq.

"Star"ın işə düşməsi ilə Türkiyə iqtisadiyyatı ildə 1,5 milyard dollara qənaət edəcək, çünki zavod bu ölkənin neft məhsullarına olan tələbatın 25 faizini təmin edəcək. Zavodda "Azeri Light" ilə yanaşı, "Kerkuk" və "Urals" markalı neft də emal olunacaq.

"Star"ın səhmlərinin 60 faizi "SOCAR Turkey Energy" şirkətinə aid "Star" Rafineri Holding"ə, 40 faizi isə SOCAR-a məxsusdur.

İlkin İzzət Son.az