Bərdədə üç ev qarət edildi


Digərləri 20 Okt 2018 20:39:00 267 0

Bərdədə üç ev qarət edildi

Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, rayon ərazisində 2 evdən pul, gümüş, geyim və məişət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Həsən Allahverdiyev və Tamerlan Yusifli saxlanılıblar.

Həsən Allahverdiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.