“Əraf” surəsinin fəzilətləri


Digərləri 20 Okt 2018 20:15:00 365 0

“Əraf” surəsinin fəzilətləri

"Əraf" surəsi Quranın yeddinci surəsinin adıdır ki, Məkkədə nazil olmuşdur və 206 ayəsi vardır.

Bu surənin fəziləti ilə bağlı Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Əraf" surəsini qiraət edərsə, Allah onunla İblis arasına pərdə çəkər ki, İblisin şərindən amanda qalsın. O kəslərin zümrəsindən olar ki, Həzrət Adəm (ə) behiştdə onu ziyarət edər, bütün yəhudilər və xristianların sayı qədər behiştdə ona dərəcə verilər".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) "Əraf" surəsi haqqında buyurur: "Hər kim bu surəni hər ay bir dəfə oxuyarsa, Qiyamət günü o kəslərdən olar ki, heç bir qorxusu, heç bir qəmi yoxdur. Hər kim cümə günü bu surəni oxuyarsa, o kəslərin zümrəsindən olar ki, Allah onların hesabını çəkməz. Bilin ki, onda möhkəm ayələr vardır və ona görə də onu qoymayın (boş buraxmayın). Çünki onlar Qiyamət günü öz qarilərinin xeyirinə şəhadət verərlər".

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: ""Əraf" surəsini qiraət edən - Qiyamət günü o kəslərdəndir ki, amanda olarlar".

"Əraf" surəsinin bərəkətləri: