Hansı «zərərli ərzaq»lar faydalı da ola bilirmiş? –


Digərləri 20 Okt 2018 19:35:00 231 0

Hansı «zərərli ərzaq»lar faydalı da ola bilirmiş? –

Diyetoloqlar bütün ərzaq məhsullarını iki böyük qrupa bölürlər: zərərli ərzaqlar və faydalı ərzaqlar.

Amma problem ondadır ki, biz, öz rasionumuzu onların tələblərinə uyğunlaşdırana qədər, diyetoloqlar "oyun qaydaları"ı dəyişirlər və təxminən, 5 il əvvəl gen-bol anti-reklama məruz qoyduqlarını, bu gün rasiona daxil etməyi məsləhət görürlər. Belədə, biz biçarələr nə edək? Fikirləşək, başqa nə edə bilərik ki? Ancaq gerçək elmdən qaynaqlanan faktlara və öz sövqi-təbiimizə əsaslanaraq fikirləşək...

İlk zərərli ərzaq - yumurta!

Yumurta uzun müddət açıq-aşkar zərərli ərzaq - xolesterinin mənbəyi hesab olunub. Xolesterin isə damarları daraldır və təcrübəli diversant kimi, ürək-damar sisteminə qarşı işləyir. Amma indi zaman dəyişib - alimlər müəyyən ediblər ki, xolesterin həm yaxşı, həm də pis olarmış.

Son.az medicina.az-a istinadən bildirir ki, pis xolesterin damarları çirkləndirir, yaxşısı isə təmizləyir! Bu, xolesterinin funksiyaları üçün ən primitiv formullama hesab oluna bilər. Ancaq bu "əkizlər"in işinin əsas prinsipini az-çox anlamaq üçün alimlər uzun illər əmək sərf edirlər. Bu, bizə lazımdırmı? Yox! O zaman gəlin bu formuldan faydalanaq: yaxşı xolesterin infarkt və insultdan qoruyur, pis xolesterin - insanı onlara yaxınlaşdırır. İndi isə yenidən yumurta mövzusuna qayıdaq.

Sən demə,  yumurta yaxşı xolesterinin ən fəal və nizamlı mənbələrindən biridir. Üstəlik də asan həzm olunan yağların və nutriyentlərin belə yüngül sırasının mənbəyi imiş: sink, zülal, A, B, D vitaminləri, kalsium, dəmir, fosfor və s. Deməli, faydalı ərzaqa - yumurtaya eşq olsun? Amma o yumurtaya yox ki, toyuqlar quş fabriklərinin dözülməz şəraitində yumurtlayırlar. Belə yumurtalarda toyuq yeminin tərkibindəki boy hormonu və "cəhənnəm həyatı"nın (broyler həyatı) doğurduğu stress hormonu bütün faydalı mikroelementlərin toplam miqdarından çox olur. Qısası, ev yumurtasından faydalanmaq lazımdır...

İkinci zərərli ərzaq - kartof...

Kartof - tərkibində kraxmalın yüksək miqdarda olması səbəbilə, zərərli ərzaq kimi tanınıb. Biokimya nöqteyi-nəzərincə, kraxmal müəyyən şərait daxilində elə həmincə şəkərdir. Şəkər isə məlum olduğu kimi, sadəcə bir neçə həkim kabinetinə "göndəriş"dir: artıq çəki ilə diyetoloq kabinetinə, ürəkdən şikayətlərlə kardioloq kabinetinə, şəkərli diabet ehtimalı ilə endokrinoloq kabinetinə. Bu, hamı üçün istisnasızdır.

Ancaq insan orqanizminin genetik-şərtlənən zəif hissələri var ki, şəkərdən və ya zərərli ərzaq olan kartofdan ifrat istifadə edildiyi təqdirdə, sadəcə, "qırılır".

Bəs, belədə, nə üçün alimlər kartofa yönəlik öz "qəzəb"ini  "mehribanlıq"la əvəz edirlər? Sən demə, cavan (sütül) kartof "faydalı ərzaq" kateqoriyasına düşmək üçün bütün hüquqlara malik imiş! Onun tərkibində kalium kraxmaldan xeyli çox olur. Kartof nə qədər xırda olarsa, onun keyfiyyəti cücərmiş buğda keyfiyyətinə bir o qədər yaxın olur: ən xırda kartof dənələrində elə cücərmiş buğdanın tərkibindəki həmin "həyat qüvvəsi" ehtiyatı olur. Ona görə də xırda sütül kartof dənələrini təmizləməkdə tənbəllik etməyin...