Öskürəyin tipinə görə xəstəliyi tap – 1 aydan


Digərləri 20 Okt 2018 19:25:00 255 0

Öskürəyin tipinə görə xəstəliyi tap – 1 aydan

Öskürək orqanizmin müdafiə və təmizlənmə refleksidir, yuxarı tənəffüs yollarının, bronxların mikrob, virus, bakteriya fəsadlarından təmizlənməsi üçün işə düşür. Amma öskürək uzanırsa, aylarla davam edirsə, ağrılıdırsa, yatmağa belə imkan vermirsə, o zaman ciddi xəstəlikdən şübhələnmək lazımdır.

Son.az medicina.az-a istinadən öskürəyin hansı xəstəliklərə səbəb ola biləcəyini təqdim edir:

Mütəxəssislər öskürəyin quru və ya yaş, yəni bəlğəmli olmasına görə xəstəliyini ayırd edir. İnsan üçün faydalı öskürək yaş, bəlğəm gətirən təmizləyici öskürəkdir. Amma bəlğəm gəlir deyə arxayınlaşmaq olmaz, çox zaman elə yaş öskürək ağır tənəffüs xəstəliklərinin başlanğıcı ola bilər.

Yaş - bəlğəmli öskürəyə görə şübhələnməli patologiyalar:

Bronxit - bronxların selikli qişasının iltihabıdır. Bronxların içəri qatı şişir, ödemləşir, bəlğəmlə bu selik xaric olur. Ona görə bronxitdə öskürək ən uzun, yorucu, gecələr, xüsusən səhərə yaxın başlayan olur.

Pnevmoniya - ağciyər toxumasının zədələnməsi. Xəstəlik gizli başlayır, öskürəndə döş qəfəsində ağrı olur, kürək sancır, nəfəsalmada xışıltı, ağrı hiss olunur, yüksək hərarət olur. Bronxlardan çox mirdarda irinli - yaşılı-sarı bəlğəm, selik, axıntı gəlir, bəzən buna qan da qarışmış olur.  Adamda təngnəfəslik yaranır, yorulur, halsız olur, bədəni gah soyuyur, gah temperaturdan yanır.

Bronxial astma - Xroniki xəstəlikdir. Astmada öskürək pristup-tutma şəkillidir, gecələr, səhərəyaxın artır.  Gündüzlər xəstə güləndə, çox danışanda, soyuq hava udanda tutma başlayır. İnsan sanki dərindən nəfəs ala bilmir, boğulur. Şəffaf, şirəli bəlğəm gəlir. Ağır öskürək tutmalarında xəstə önə əyilərək astmaya xas poza alır, bu zaman sanki özünə kömək etmiş olur.

Vərəm - çox ağır infeksion xəstəlikdir. Öskürək xroniki olur, heç bir dərman, türkəçarə saxlamır, uzun müddət davam edir. Metallik səs verir. İlk başda quru ola bilir, sonra yaşa çevrilir. Ən təhlükəli siqnalı bəlğəmdə qan olmasıdır. Xəstə gecələr tərləyir, halsız olur, sürətlə arıqlayır.