SOCARın Türkiyədə açdığı 6 milyardlıq zavod Azərbaycana nə vəd edir?


Digərləri 20 Okt 2018 19:12:00 221 0

SOCARın Türkiyədə açdığı 6 milyardlıq zavod Azərbaycana nə vəd edir?

Türkiyənin İzmir şəhərində Star neft emalı zavodunun açılış mərasimi keçirilib.

Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Recep Tayyip Erdoğan açılış mərasimində iştirak edib.

Zavodun səhmlərinin 60 faizi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR Turkey Enerji A.Ş.), 40 faizi isə Azərbaycanın İqtisadiyyat Nazirliyinə məxsusdur, bu barədə BBC News Azərbaycancaya ARDNŞ-in mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov deyib.

Star zavodunun təməli 2011-ci ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Recep Tayyip Erdoğan tərəfindən qoyulub.

Socar 2008-ci ildən etibarən Türkiyədəki fəaliyyətini SOCAR Turkey Enerji A.Ş. (STEAŞ) adı ilə davam etdirir.

STEAŞ-ın səhmlərinin 87 faizi Socar-a, 13 faizi isə Goldman Sachs şirkətinə məxsusdur.

"250 milyon dollar xalis mənfəət"

ARDNŞ-in sözçüsü bildirib ki, Star zavodunun layihə dəyəri 6.3 milyard dollardır.

"Zavodun ilk 5 ildə hər il ümumi 864 milyon dollar, növbəti 10 ildə isə 614 milyon dollar əməliyyat gəliri gətirəcəyi proqnozlaşdırılır".

Onun sözlərinə görə, bu gəlirdən əməliyyat xərcləri, vergilər və digər ödənişlər çıxıldıqdan sonra zavod 250 milyon dollar xalis mənfəət əldə edəcək.

"Zavodda artıq sınaq işləri başlayıb və iki tanker xam neft zavoda daxil olub. 2019-cu ilin birinci rübündə isə zavodun tam gücü ilə işləməsi planlaşdırılır".