Bazara kredit kartı boyda telefon gəlir:


Digərləri 20 Okt 2018 19:13:00 306 0

Bazara kredit kartı boyda telefon gəlir:

Yaponiyanın ən böyük telekommunikasiya firmalarından olan NTT Docomo 5.3 mm qalınlığında telefonu gələn ay bazara çıxaracağını bildirib.

4G funksiyasını dəstəkləyən telefon kredit kartı böyüklüyündədir və beləliklə də pulqabının kredit kartı üçün ayrılan ciblərinə rahatlıqla yerləşir.

Telefon böyük "ağıllı telefon" sahibi olan və ikinci kiçik telefon daşıyan adamların sayının artması ilə bazara çıxarılır.

Telefonun çəkisi 47 qramdır və ekranında elektron kitab planşetlərində olduğu kimi e-kağız texnologiyası var.