İnsan səsinin 5 özəlliyi Necə edək ki,


Digərləri 20 Okt 2018 19:05:00 308 0

İnsan səsinin 5 özəlliyi  Necə edək ki,

Səs Allah vergisidir desək, yanılmarıq. Çünki səs hər kəsə eyni verilmir. Bəzilərin səsi qalın, bəzilərinin incə, bəzilərininki " qulaq batıran" olur. İnsana ən dogma səs onun valideynlərininin, övladının, sevdiyi şəxsin səsidir. Lakin bəzən heç tanımadığın, həyatda üzünü belə görmədiyin insanın səsi yaddaşına əbədi həkk olur, sevilir, buna səsin qüdrəti deyirlər.

Necə ki, müğənnilər, aktyorlar öz səsləri ilə ürəklərdə yer tutur. Bəs ağlınıza gəlibmi, insan səsi necə yaranır, hansı mərhələləri keçir?

Son.az bildirir ki, İngiltərənin BBC kanalı bu barədə araşdırma aparıb və səsin 5 özəlliyini tapıb.

1.Yeni doğulmuş körpələrin ağlamaq səsi onun irqindən, irsindən, yaşayış yerindən asılı olaraq müxtəlif olur. Belə ki, hər körpənin ağlamaq tonu öz ana dilinin tonallığındadır. Yəni azərbaycanlı çağaları ilə amerikan çağaların ağlamaq səsi fərqlidir.

2. Səs ağızdan çıxana kimi müxtəlif mərhələlərdən keçir. Ən əvvəl xırıltı kimi bir şey ağciyərlərdən başlayaraq hava ilə qarışır, səs telləri, ağız boşluğu, dodaqlar və çənənin köməyi ilə formalaşıb normal səs yaranır.

3.Kişilərin səsi daha alçaqdır, nəinki qadınların. Çünki yeniyetməlik dövründə oğlanlarda orqanizm və bədəndə gedən dəyişikliklər buna səbəb olur. Qadınlarda isə bu proses gec, menopauza dövründə baş verir.