Tbilisidə marixuana festivalının təşkilatçısı saxlanıldı FOTO


Dünya 20 Okt 2018 18:54:00 273 0

Tbilisidə marixuana festivalının təşkilatçısı saxlanıldı  FOTO

Gürcüstanın paytaxtı Tbilisidə "Ana dili" ("Deda ena") parkında keçirilməsi nəzərdə tutulan marixuana festivalı planlaşdırıldığı formada baş tutmayıb.

Son.az report-a istinadən bildirir ki, festivalın təyin olunduğu vaxtdan bir neçə saat öncə "Ana dili" parkı polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Tədbir başlayana qədər festivalın təşkilatçısı olan "Girçi" partiyasının bir neçə üzvü polis tərəfindən saxlanılıb.

Festival təşkilatçılarına parkda avadanlıq quraşdırmağa icazə verilməyib. Parkda həmçinin marixuana festivalına qarşı olan vətəndaşlar və ictimai fəallar da etiraz aksiyası keçiriblər.

Polis əməkdaşları tərəflər arasında qarşıdurmanın yaranmasına yol verilməməsi üçün canlı sədd yaradıb.


Xəbərə aid fotolar