24 yaşlı qız gecə saatlarında itkin düşdü
Digərləri 20 Okt 2018 18:40:00 191 0
Göygöl rayonunda gənc xanım naməlum şəraitdə itkin düşüb.
Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Topalhəsənli kəndində baş verib.
Kənd sakini, 1994-cü il təvəllüdlü Nərimanova Nüşabə Faiq qızı oktyabrın 18-də gecə saat 22:18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə: milli.az