Voleybol üzrə dünya çempionatında qalib müəyyənləşdi


İdman 20 Okt 2018 17:24:00 266 0

Voleybol üzrə dünya çempionatında qalib müəyyənləşdi

Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, həlledici qarşılaşmada Serbiya və İtaliya komandaları üz-üzə gəlib. Qarşılaşma serblərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Üçüncü yer uğrunda görüşdə isə Çin Hollandiyanı üstələyə bilib - 3:0. 

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb.