Türk futbolçu üçün növbəti elçi


İdman 20 Okt 2018 16:48:00 299 0

Türk futbolçu üçün növbəti elçi

Arsenal Türkiyə milli komandasının və Roma-nın gənc futbolçusu Cengiz Ünderi heyətinə qatmaq istəyir. 

Goal.az "Daily Express"ə istinadən xəbər verir ki, London klubu artıq 21 yaşlı hücumçu üçün danışıqlara başlayıb. Arsenal-la yanaşı, Bayern Munich klubu da Cengizin transferində maraqlıdır. 

Qeyd edək ki, ötən mövsüm 26 oyuna 7 qola vura bilən Cengiz Ünder cari mövsüm bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Daha öncə Roma istedadlı oyunçunu 60 milyon avrodan az məbləğə satmayacağını açıqlayıb. 

Qeyd edək ki, Cengiz Ünder İtaliya klubunda 2017-2018 mövsümün ən yaxşı gənc oyunçusu seçilib.