"Pirsinq çox təhlükəlidir, risk etməyin"


Digərləri 20 Okt 2018 15:47:00 287 0

"Pirsinq çox təhlükəlidir, risk etməyin"

Bir çox hallarda pirsinq infeksiya, allergiya və zədələrə səbəb olur.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bir sıra dünya həkimləri  pirsinqin təhlükəli olduğunu qeyd edirlər. Çünki bəzən pirsinq güclü qanaxma, herpes, iltihaba səbəb olur. Dərini gözəllik üçün deşmək min illərdir təcrübə edilir. Misir fironları, romalı legionerlər, orta əsr dənizçiləri, mayalılar, kral ailəsinin üzvləri də bunu ediblər. Sivil dünyada isə pirsinq üçün sadəcə qulağı deşir və sırğa asırdılar. 1980-ci illərdə ABŞ-ın marjinal cəmiyyətlərində bədənin digər üzvlərinə də pirsinq taxmaq populyarlıq qazandı. Son on ildə isə bu dəb bütün dünyada yayılmağa başladı. 

Pirsinqi, əsasən, gözəllik salonlarında edirlər və bir çox hallarda bu salonlar tibbə aidiyyatı olmayan salonlardır. Əgər gigiyena və aseptik qaydalara rayət edilsə, adi üsuldur. Amma tez-tez fəsadlar barədə xəbərlər yayılır. Bir qayda olaraq deşilən yerin iltihabı ilə həkimə müraciət edilir. Rusiyalı professor, tibb elmləri üzrə doktor İrina Korsunskaya məsələ ilə bağlı deyib:

"Bu, adi bakteriya infeksiyasıdır. Salonlarda steril edilməmiş alətlərlə işləyəndə üzə çıxır. Bunu müalicə etmək olur və xüsusi problem yaranmır. Amma bəzək əşyasının hansı metaldan hazırlandığını bilməyəndə ciddi fəsadlar yaranır. Pirsinq etmədən əvvəl allergiyaya səbəb olub-olmayacağını öyrənmək lazımdır. Bəzən metal əşyaların bədənə yeridilməsi toksik reaksiyaya səbəb olur və dəridə dəyişikliklər üzə çıxır.