Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb


Digərləri 20 Okt 2018 14:26:19 231 0

Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Bakı. Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Aydın Mehrəliyev saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış zamanı, oradan olan sellofan torbada təmiz çəkisi 190 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülüb.