Gənc qız piyada keçidində prezidentin kortejinə yol vermədi VİDEO


Dünya 20 Okt 2018 14:17:00 249 0

Gənc qız piyada keçidində prezidentin kortejinə yol vermədi  VİDEO

Belarusun Qrodno şəhərində bütün yollar prezident Aleksandr Lukaşenkonun korteji üçün təmizlənsə də, gənc belarus qız öz keçid haqqını dövlət başçısına güzəştə getməyib.

İşıqforun piyadalar üçün yaşıl işığı yandığı zaman qız yolu keçməyə başlayıb və korteji görsə də, yolundan geri dönməyib.

Hadisəni yaxınlıqdakı müşayiətçi maşınlardan birinin videoregistratoru qeydə alıb.