İstirahət gününün HAVAsı


Digərləri 20 Okt 2018 14:10:00 231 0

İstirahət gününün HAVAsı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 20-25° isti təşkil edəcək. Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacaq.