Bakıda avtobus sürücüsü ruhi xəstəni vurub öldürdü


Digərləri 20 Okt 2018 13:33:00 224 0

Bakıda avtobus sürücüsü ruhi xəstəni vurub öldürdü

Bakıda marşrut avtobusu ruhi əsəb xəstəsini vuraraq öldürüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, oktyabrın 19-u, saat 22 radələrində "İ-Qafqaz" MMC-yə məxsus 211 saylı marşrut xətti ilə hərəkət edən avtobus "Meyvəli" bazarının qarşısında piyadanı vurub və həmin şəxs hadisə yerində vəfat edib.

Araşdırma zamanı məlum olub ki, vəfat edən şəxs 1986-cı il təvəllüdlü, ruhi əsəb xəstəsi Süleyman Nəbiyevdir.

Hadisə zamanı qəzanı törədən sürücü 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlunun idarə etdiyi avtobusda sərnişin olmayıb. O, avtobusu qaraja aparırmış.