Badamdar: kiçik tipli uçqunlar müşahidə olunur


Digərləri 20 Okt 2018 13:14:00 291 0

Badamdar: kiçik tipli uçqunlar müşahidə olunur

Badamdarda sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Son.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.

Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində artım qeydə alınmayıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.