Badamdarda sürüşmə zonasında kiçik tipli uçqunlar müşahidə olunur


Digərləri 20 Okt 2018 12:36:00 227 0

Badamdarda sürüşmə zonasında kiçik tipli uçqunlar müşahidə olunur

Badamdarda sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Bakı. Samir Əli - Badamdarda sürüşmə zonasında monitorinqlər davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.