Azərbaycana qanunsuz yolla gətirilən siqaretlərin realizə edilməsinin qarşısı alınıb


Digərləri 20 Okt 2018 12:15:06 205 0

Azərbaycana qanunsuz yolla gətirilən siqaretlərin realizə edilməsinin qarşısı alınıb

Gömrük əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.

Bakı. Gömrük əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar. DGK-dan Trend-ə verilən məlumata görə, aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Hyundai Excel" markalı avtomobil Bakı şəhəri, Xətai rayon ərazisində saxlanılıb. Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı, orada siqaretlərin olduğu müəyyən edilib. Daha sonra Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilən avtomobilə təkrar baxış keçirilib.