İran səfirliyi: “Nazmehr” gəmisindəki zəhərlənmə nəticəsində ölən şəxslərin cəsədləri hələ Bakıdadır


Digərləri 20 Okt 2018 11:16:00 225 0

İran səfirliyi: “Nazmehr” gəmisindəki zəhərlənmə nəticəsində ölən şəxslərin cəsədləri hələ Bakıdadır

İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində ölən şəxslərin cəsədləri hələ Bakıdadır.

Bakı. Ceyhun Ələkbərov - İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində ölən şəxslərin cəsədləri hələ Bakıdadır. Bu barədə özəl olaraq Trend-ə İranın Azərbaycandakı səfirliyindən bildiriblər. Səfirlikdən verilən məlumata görə, “Nazmehr” quru yük gəmisində ölən 3 nəfər, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) cəsədləri tibbi ekspertiza tərəfindən araşdılır: "Bu səbəbdən ölən şəxslərin meyitləri hələ Bakıdadır. Ekspertizanın cavablarından sonra cəsədlər İrana ölən şəxlərin ailələrinə təhvil veriləcək. Gəmidə isə hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır".